Pakistanda koronavirusa yoluxanların sayı açıqlandı


Eastnews.org-un verdiyi xəbərə görə, Pakistanda yeni koronavirusa yoluxanların sayı 237 nəfərə yüksəlib.

 

Bu barədə Dawn qəzeti Milli sağlamlıq institutuna istinadən məlumat verib.

 

Yoluxan şəxslərin əksəriyyəti (172 nəfəri) Sind vilayətində qeydə alınıb.

 

Yeni virusun yayılmasının qarşısını almaq üçün Sind vilayəti rəhbərliyi ofis, ticarət mərkəzləri, restoran, icrimai parkları 15 gün müddətinə bağlayıb. Bununla yanaşı şəhərxarici avtobusların da gediş gəlişi dayandırılıb.

 

Bundan əlavə təhsil müəssisələri mayın 30-na kimi bağlı olacağı qeyd edilir. Konfrans, toy bə kütləvi tədbirlərin də qadağan edildiyi bildirlir.




Mənbə: RİA Oxunub: 73 dəfə; Tarix: 2020-03-18 11:21
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

İranda iğtişaşların çoxalması kimə sərf edir?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!