Ayətullah Sistani koronavirusla bağlı fətva verdi


Eastnews.org-un verdiyi xəbərə görə, bu gün İraqın məşhur mərceyi təqlidlərindən Ayətullah Seyid Əli Sistani koronavirusla bağlı fətva verib.

 

Ayətullah Sistaninin fətvasında koronavirusa yoluxanlara xidmət edən tibb işçiləri millətin müdafiəçiləri və mücahid adlandırılıb.

 

Ayətullah Seyid Əli Sistaninin rəsmi saytında dərc olunan fətvada bildirilib:

 

"Şübhəsiz ki, tibb bacılarının və həkimlərin bütün çətinliklərə baxmayaraq etdikləri işlər, böyük bir əməl və dəyəri ölçülməzdir. Onların dəyəri mücahidlərin və səngərlərdə xalqı müdafiə edənlərlə eynidir".


Ayətullah Sistani, dövlət qurumlarını tibb işçilərini koronavirusdan qorumaq üçün lazım olan bütün zəruri ehtiyacları təmin etməyə çağırıb:

 

"Allah onların səylərinin (tibb işçilərinin) dünyadakı dəyərini bilir və axirətləri üçün də yazılır. Bu şəkildə ölən tibb işçilərinin hamısının şəhid kimi qəbul edilməsi vacibdir".

 

Ayətullah Sistani, koronavirusa yoluxan xəstələrə qulluq edən tibb işçilərinə təşəkkür edib.




Mənbə: İRNA Oxunub: 16521 dəfə; Tarix: 2020-03-17 14:19
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!