Koronavirusa görə Tehrandakı universitetlərdə dərslər elektron sistemə keçirilib


Eastnews.org-un verdiyi xəbərə görə, İranın paytaxtı Tehrandakı bütün universitetlərdə yeni tip koronavirus görə təhsil dayandırılarkən, paytaxtdakı 4 universitetdə dərslər elektron sistemdə davam etdirilib.


Bu barədə İran dövlət televiziyası məlumat yayıb.

 

Məlumata görə, Tehran universitetinin rektoru Mahmud Nili Əhmədabadi bildirib ki, ölkədə sürətlə yayılan koronavirus təhlükəsinə görə universitetə bağlı fakültələrdə dərs keçirilməyəcək:

 

"Bu həftədən etibarən Tehran universitetində dərslər ləğv edilib. Koronavirusun yayılmasını qarşısını almaq üçün universitetdəki dərslər gələn həftədən etibarən elektron mühitdə keçiriləcək".

 

Tehrandakı şəhid Behişti universiteti, Şərif texnologiya universiteti və Əllamə Təbatəbayi universiteti artıq dərslərin elektron mühitdə davam edəcəyi bildirilib.

 

Paytaxt Tehrandakı digər universitetlərdə isə təhsil dayandırılıb.




Mənbə: İRİB Oxunub: 177 dəfə; Tarix: 2020-02-26 15:14
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

İranda iğtişaşların çoxalması kimə sərf edir?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!