İranda nazir müavini koronavirusa yoluxdu


Eastnews.org-un verdiyi xəbərə görə, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil nazirinin müavini doktor İrəc Hərirçi koronavirusa yoluxub.


Bu barədə "Hamshahrionline" saytı məlumat yayıb.


Məlumata görə, nazir müavinin analizlərindən müsbət cavab çıxıb. Səhiyyə nazirinin media müşaviri Əlirza Vahabzadə "Tvitter" səhifəsində xəbəri təsdiqləyib.


Qeyd edək ki, doktor İrəc Hərirçi son bir neçə gündür virusla mübarizənin əsas şəxslərindəndir.


Xatırladaq ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur İranda indiyə qədər yeni koronavirusa (Kovid-19) 95 nəfərin yoluxduğunu bildirib. Onun sözlərinə görə, indiyədək bu virus nəticəsində İranda 15 nəfər dünyasını dəyişib. Cahanpur əlavə edib ki, ötən sutkada koronavirus nəticəsində daha 3 nəfər dünyasını dəyişib, 10 nəfər sağalıb.




Mənbə: Hamshahrionline Oxunub: 374 dəfə; Tarix: 2020-02-25 15:54
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!