Çində vəhşi heyvan ətinin alqı-satqısı qadağan edildi


Eastnews.org-un verdiyi xəbərə görə, koronavirusa daha yaxşı nəzarət etmək və bənzər xəstəliklərin ölkədə yayılmasının qarşısını almaq üçün Çin hökuməti vəhşi heyvanların və onların ətlərinin satışını qadağan edib.

 

Statistikaya görə, Çində vəhşi heyvan ticarətinin dəyəri 74 milyard dollara yaxındır.

 

Bu qadağaya gələcəkdə baxılması planlaşdırılırdı, ancaq dünən elan edilib ki, Çində vəhşi heyvanların ətinin yeyilməsi qadağan olunub.

 

Koronavirus xəstəliyin yayılmaından bəri vəhşi heyvan ətini yemək xalq sağlamlığı üçün böyük təhlükə hesab olunub.

 

Çinin əksər yerlərində insanlar qidalanmaq üçün ümumi ətlərdən istifadə etsələr də, bəzi ərazilərdə vəhşi heyvan əti hələ də yeyilir.

 

Daha əvvəl verilmiş məlumatlara görə, vəhşi və su heyvanları bazarında korona xəstəliyinin ilk halları Çinin Hubei əyalətinin paytaxtı Wuhan şəhərində olub.




Mənbə: İRNA Oxunub: 39 dəfə; Tarix: 2020-02-25 11:59
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!