Husilər Səudiyyə koalisiyasına aid təyyarəni vurdu


Eastnews.org-un verdiyi xəbərə görə, Yəməndə "Ənsarullah" hərəkatının qüvvələri Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin rəhbərlik etdiyi koalisiyaya məxsus "Tornado" tipli döyüş təyyarəsini vurub.


Bu barədə "Al-Masirah" telekanalı "Ənsarullah" hərəkatının mətbuat xidmətinin rəhbəri Yəhya Səriiyə istinadən məlumat yayıb.


Məlumata görə, general Yəhya Sərii verdiyi açıqlama zamanə bildirib ki, Yəmənin şimalındakı Cuf əyalətində koalisiyaya aid "Tornado" tipli döyüş təyyarəsi vurulub. 


Təyyarənin Cuf əyalətinə hava hücumu təşkil etdiyini bildirən Sərii "Tornado" təyyarəsinin hava hücumundan müdafiə sistemləri tərəfindən atılan raket tərəfindən vurulduğunu qeyd edib.
 




Mənbə: almasirah Oxunub: 201 dəfə; Tarix: 2020-02-15 09:53
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!