Rusiya rəsmisi: "Suriya ordusu İdlibdə terrorçularla mübarizə aparır"


Eastnews.org-un verdiyi xəbərə görə, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Suriya ordusunun öz ərazisində terrorçularla mübarizə apardığını açıqlayıb.


O, bunu Kremlin İdlibdəki vəziyyətə Ankara və Vaşinqtonun müdaxiləsinə dair sualı cavablandırarkan bildirib.


"Hər halda burada münaqişdən söhbət getmir, Soçi razılaşmalarının və tərəflərin bu sənədə uyğun olaraq götürdükləri öhdəliklərin yerinə yetirilməsi məsələsidir. Həm də, ehtimal ki, əsas Suriya Ərəb Respublikasının silahlı qüvvələri tərəfindən öz ölkələrinin ərazisində həyata keçirilən terrorçuluqla mübarizə məsələsidir”, - deyə D.Peskov bildirib.


Xatırladaq ki, Surya ordusu İdlib və Hələb vilayətlərində terrorçulara qarşı antiterror əməliyyatları keçirərək İdlib vilayətinin 45%-dən artıq ərazisini terrorçulardan azad edib. Türkiyə Suriya ordusunun İdlib vilayətindəki irəliləməsindən narahat olaraq bu əraziyə əlavə hərbi qüvvə yollayır.




Mənbə: TASS Oxunub: 300 dəfə; Tarix: 2020-02-13 16:37
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

İranda iğtişaşların çoxalması kimə sərf edir?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!