İraqda İŞİD terrorçularının etirazçılara qarşı dəhşətli hücumunun qarşısı alınıb


Eastnews.org-un verdiyi xəbərə görə, İraqın "Əl-Saqur" kəşfiyyat qrupunun rəhbəri, terrorçuların etirazçılara və İraq təhlükəsizlik qüvvələrinə qarşı yönəlmiş ən təhlükəli terror əməliyyatının qarşısını aldığını söyləyib.

 

Bu barədə "Alsabaah" agentliyi məlumat yayıb.


Məlumata görə, İraqın "əl-Saqur" kəşfiyyat qrupunun rəhbəri Əbu Əli Bəsri, ölkədə terror planının qarşısının alındığını açıqlayıb.


O, bildirib ki, "əl-Saqur" qruplaşması, İraq təhlükəsizlik qüvvələri Bağdadda və digər əyalətlərdə etirazçılara qarşı təhlükəli terror əməliyyatlarının qarşısını almağa müvəffəq olub. Bu terror planlarının məqsədi xaos və vətəndaş müharibəsi yaratmaq olub.
 

Əbu Əli Bəsri qeyd edib ki, İŞİD terror qruplaşmasının ən mühüm liderlərindən biri bu terror əməliyyatına rəhbərlik edib.




Mənbə: alsabaah.iq Oxunub: 116 dəfə; Tarix: 2020-02-13 12:24
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!