İranda təyyarənin vurulması işi üzrə bir neçə şəxs həbs olunub


Eastnews.org-un verdiyi xəbərə görə, İran İslam Respublikasının məhkəmə hakimiyyətinin rəsmi nümayəndəsi Qulamhüseyn İsmayili qəza ilə əlaqədar hərtərəfli araşdırma başladıldığını elan edib və bir neçə şəxsin həbs olunduğunu bildirib.

 

Bu barədə "Mehr" agentliyi məlumat yayıb.

 

Məlumata görə, Qulamhüseyn İsmayili açıqlaması zamanı bildirib ki, İranda Ukrayna təyyarəsinin vurulması ilə əlaqədar bir neçə şəxs həbs edilib. Qəza ilə əlaqədar hərtərəfli araşdırma başladılıb.

 

Qeyd edək ki, Tehrandan Kiyevə uçan “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkətinə məxsus “Boeing 737-800” təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Təyyarədə olan 176 nəfərin hamısı ölüb.




Mənbə: Mehr News Agency Oxunub: 646 dəfə; Tarix: 2020-01-14 12:44
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

İranda iğtişaşların çoxalması kimə sərf edir?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!