Romada da Tramp və ABŞ əleyhinə aksiya baş tutdu
Eastnews.org-un verdiyi xəbərə görə, İtaliyanın paytaxtı Roma şəhərində yerləşən ABŞ Səfirliyinin inzibati binası qarşısında aksiya keçirilib.
Nümayişçilər ABŞ-ın İraqın paytaxtı Bağdad şəhərində İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds briqadalarının sabiq komandanı, general-mayor Qasim Süleymani, "Həşd Şabi"nin sədr müavini Əbu Mehdi əl-Mühəndis və digərlərini öldürməsinə etiraz ediblər.
Aksiyada əsasən ABŞ hökuməti və Prezident Donald Tramp əleyhinə şüarlar səsləndirilib.
Çıxış edənlər qeydn ediblər ki, ABŞ ordusu qərbi Asiya regionundan dərhal çıxarılmalı və sabitlik təmin olunmalıdır.
Mənbə: IRIB
Oxunub: 182 dəfə;
Tarix: 2020-01-13 15:39
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.
Sosial səhifələrdə paylaş
Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.