General Süleymani bu məktuba görə şəhid edildi - İddia/Təhlil


İranın İnqilab Keşikçiləri Korpusunun “Qüds” elit briqadasının şəhid olmuş komandanı Qasim Süleymaninin ölümünə səbəb kimi bir neçə versiya irəli sürülür. İranlı generalın Yaxın Şərqdə ABŞ-a baş ağrısı olması, İraq neftini talan etməyə imkan verməməsi, bölgədə şiələrin nüfuzunu qaldırması, Yaxın Şərqdə bir neçə ölkədə silahlı müqavimət hərəkatlarını yaradıb inkişaf etdirməsi və başqa səbəblər göstərilir. General Süleymaninin şəhid olmasına səbəblərdən birinin də ABŞ ordusunun mənfur hücumundan əvvəl onun üzərində vacib məktub gəzdirməsi olduğu iddia edilir.


İraqın Prezidenti məktubdan danışıb


Bağdadda hava limanı yaxınlığında hücuma məruz qalan Qasim Süleymaninin həyatını itirməsinə toxunan İraq Prezidenti Adil Əbdül Mehdi bildirib ki, iranlı general ölümündən əvvəl İranın regional rəqibi Səudiyyə Ərəbistanına mesaj çatdırmağa hazırlaşırmış. O əlavə edib ki, Qasim Süleymani onun dəvətilə Bağdada gəlib və cümə günü səhər iclas keçirməyi planlaşdırırmış.


İraq parlamentində çıxış edən Prezident deyib ki, general Süleymaninin şəhadətindən əvvəl onun üzərində İranın Səudiyyə Ərəbistanına yazdığı məktub olub.


Məktubda nədən bəhs olunur?


Məktubun mətni ictimaiyyətə açıqlanmasa da, İran və Səudiyyə hakimiyyətləri arasında razılığa doğru müsbət addım kimi qəbul olunur. Tərəflərin bir-birinə hansı məsələdə güzəştə getməsi sirr olaraq qalsa da, Səudiyyə krallığının bu razılşamadan məmnun olacağı heç də sirr deyildi.


ABŞ məktubdan xəbər tutub


Amerikanın Yaxın Şərqdə ən böyük istəyi müsəlman ölkələr arasında əsrlərlə davam edəcək konfliktlər yaşaması, müharibələr aparması və bir-birinə düşmən kəsilməsidir. Tehran və ər-Riyad arasında mümkün yaxınlaşmanı nəzərdə tutan məktub iddiasının real olması Vaşinqtonun narahat ola biləcəyi ən böyük məsələlərdən biridir. Əgər həqiqətən İran və Səudiyyə Ərəbistanı arasında münasibətlər normallaşarsa, Vaşinqtonun Səudiyyədən milyardlarla dollar alması üçün heç bir əsas qalmayacaqdı. Birləşmiş Ştatlar Səudiyyə rəhbərliyi ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq əsasən enerji sahəsində olsa da, hərbi və siyasi müqavilələri də özündə ehtiva edir.


Ər-Riyadın ABŞ-dan yeni döyüş təyyarələri almaq qərarı Vaşinqton üçün milyardlarla dollar gəlir deməkdir və Səud administrasiyasının regional maneəsi üçün də əhəmiyyətlidir.


İran Yaxın Şərqdə nə istəyir?


General Süleymaninin üzərində Səudiyyə rəhbərliyinə çatacaq məktubun olub-olmamasından asılı olmayaraq rəsmi Tehran Yaxın Şərqdə sabitlik, firavanlıq və müharibələrin dayanmasını istəyir. Bu istəyin reallaşmasında mərhum generalın xidmətləri həddindən artıq olub. Məhz onun Suriyanın İŞİD tərəfindən işğal edilməsinin qarşısını almaq istiqamətində göstərdiyi səylər, İraqın parçalanmasına mane olan həmlələri, Yəməndə “Ənsarullah” hərəkatına, Livanda isə “Hizbullah” təşkilatına verdiyi dəstəklər və başqa xidmətlərini misal göstərmək olar.


İran ABŞ və İsraildən fərqli olaraq Yaxın Şərq ölkələrini bir-birilə döyüşməyə deyil, onları işğal etmək istəyən, təbii sərvətlərini ələ keçirməyi hədəf seçən və xalqlarını əsarətinə almağı planlaşdıran imperialistlərə layiqli cavab vermək istiqamətində dəstəyini göstərir.


General Süleymaninin ölümündən sonra


İranın əfsanəvi və Yaxın Şərqi fəth edən generalı Qasim Süleymaninin ölümündən sonra regionda müxalif qruplar, o cümlədən şiə təşkilat və hərəkatlar vahid düşmənə qarşı birləşməyə başlayıb. Məhz Süleymaninin şəhadəti gözləri qapanmış və siyasətdə səriştəsizlik göstərən yerli xalqlar və onların rəhbərlərinə ABŞ-ın həqiqi düşmən olmasını aydın etdi.


İran ordusunun general Süleymaninin ölümündən sonra ABŞ-a cavab verəcəyi mövzusunda müxtəlif fikirlər səslənsə də, bu mövzuda açıq şəkildə İranın Milli Təhlükəsizlik Ali Şurasının baş katibi, kontr-admiral Əli Şəmxani qəti çıxış edib. O, şəhid Qasim Süleymaninin intiqamını almaq üçün 13 ssenarinin müzakirə edildiyini bildirib. Əli Şəmxani bunlardan ən zəifinin keçirilməsi belə təsdiqlənərsə, bunun ABŞ üçün tarixi bir kabusa bərabər olacağını deyib.


Əli Şəmxani qisasın bir əməliyyatla sonlanmayacağını vurğulayıb: “İran ətrafında olan ABŞ-a məxsus 27 hərbi bazanı və həmçinin bazada olan personal sayını, hərbi təchizatı və onların kiçik hərəkətlərini belə nəzarətdə saxlayır. ABŞ həmin bazaların İran üçün asan hədəf ola biləcəyini bildiyi üçün bütün gücünü bazaların müdafiəsinə cəmləşdirib. Biz bir daha cavabımızın hərbi bazalara olacağını bildiririk. Əgər onlar regionu tərk etməsələr, həmin bazalar əlavə cəlb edilən güclərlə birlikdə məhv ediləcək”.


Əli Şəmxani bildirib ki, əgər amerikalı əsgərlər öz ayaqları üstə, şaquli vəziyyətdə regionu tərk etməyəcəklərsə, biz onları üfüqi vəziyyətdə göndərəcəyik.


Hüseyn Abdullah




Mənbə: Eastnews.org Oxunub: 3878 dəfə; Tarix: 2020-01-09 15:05
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

İranda iğtişaşların çoxalması kimə sərf edir?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!