Ayətullah Xamenei: "ABŞ-a bir sillə vuruldu, lakin intiqam başqa məsələdir"


Eastnews.org-un verdiyi xəbərə görə, İran İslam Respublikasının Ali Dini lideri Ayətullah Seyid Əli Xamenei ölkəsinin İraqdakı ABŞ bazalarına endirdiyi zərbəylə bağlı açıqlama verib. 

 

Ayətullah Xamenei açıqlamasında bildirib ki, dünən axşam onlara sillə vuruldu. Lakin intiqam başqa məsələdir. Hərbi iş yetərli deyil. Biz addımlarımızı atmağa davam edəcəyik.

 

İranın dini lideri Ayətullah Əli Xamneyi deyib ki, ABŞ-ın regiondakı fəsad yaradan iştirakına son qoymaq lazımdır. ABŞ və tərəfdarları bölgədə İranı hər bir məsələdə suçlamaqdadır:

 

"ABŞ-ın bölgədəki varlığına tamamilə son qoyulmalıdır. Onlar bu bölgəyə fitnə gətirdilər. İnfrastruktların dağıdılmasına səbəb oldular. Dünyanın hər yerini dağıdıb viran qoydular və bunda da israr edirlər. Daha sonra bunu İrana da gətirmək istədilər. Bu region ABŞ-ı qəbul etmir. Region xalqları, dövlətləri qəbul etmir. Xalqın və İran İslam Respublikasının vəzifəsi nədir? Əvvəlcə düşməni tanımalıyıq və onun qarşısında səhvə yol verməməliyik. Hamınız bilirik ki, düşmən Amerika və sionist İsraildir. Düşmənin planlarının istiqaməti bunları insanlarımız bilməlidir. Millət insanlar düşmənin yöntəmlərini tanımalıdır ki, onlara qarşı mübarizə edə bilək. Şükür olsun ölkəmizdə hər tərəfli bilikli insanlarımız var onların sözünün dinlənməlidir".

 

Ayətullah Seyid Əli Xamenei daha sonra bunları qeyd edib: "Bölgədə deyilən hər sözü biz düşmənçilik kimi görmürük. Düşməni tanıdıqdan sonra düşmənlə mübarizə yollarınıda ortaya qoymalıyıq. Əgər düşmən bizim xalqın içində imanını və dini kimliyini zədələyərsə deməli bu düşmənin istədiyidir. Bunlar olsa dövlətimizin hücum və müdafiə qüvvəsi zəifləyəcək. Düzdü düşmən təkcə bunlarla həmlə etmir. İqtisadi və təhlükəsizlik sahələrində də hücumlar həyata keçirir. Son benzin qiymətinin qalxmasında da gördünüz. Bir neçə satılmışlar ABŞ-la birləşib iğtişaş törətməyə çalışdılar. Əlbətdə xalq meydanlara çıxmaqda haqlı idi. Lakin düşmənə satılanlar bundan istifadə edib, xalqın əmlakını dağıtmağa fürsət tapdılar. Bunlar əvvəldən hazırlanan planlar idi. ABŞ Vaşinqton rəsmiləri buna sevindilər və 2 gün sonra məyus oldular".

 


"Milli vəhdət və birlik yaratmalıyıq və bunun təzahürünü general Qasim Süleymaninin cənazəsi ətrafında bütün dünya gördü. Hamınız bilin ki, düşmənlərin düşmənliyi mövsümü deyil. Nə zaman imkanları olsa vuracaqlar. İqtisadi və siyasi baxımdan güclü olmalıyıq. Əgər güclü olsaq bizə vurmağa cürət etməzlər. Bəziləri deyirdi ki, biz bir az geri çəkilsək onlar mülayimləşəcəklər. Bu tamamilə sadəlöv düşüncədir.
Möminlər elə davranmalıdır ki, onların hər addımı düşməni qəzəbləndirməli və qorxutmalıdır. Quranın məntiqi budur"
- deyə İran Ali lideri bildirib.




Mənbə: Mehr News Agency Oxunub: 4543 dəfə; Tarix: 2020-01-08 11:59
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

İranda iğtişaşların çoxalması kimə sərf edir?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!