Məhkəmə Şeyx İbrahim Zəkzaki barəsində qərar çıxardı


Eastnews.org-un verdiyi xəbərə görə, ötən gün Nigeriyanın Kaduna ştatının ali məhkəməsi bu ölkənin şiə müsəlmanlarının lideri Şeyx İbrahim Zəkzakinin həbsxanaya göndərilməsi barədə qərar çıxarıb.


Bundan əlavə, Kaduna ali məhkəməsi Şeyx İbrahim Zəkzakinin həyat yoldaşı Zinət İbrahimin də ev dustaqlığından həbsxənaya yerləşdirilməsi barədə qərar çıxarıb.


Nigeriya İslam Hərəkatı çıxarılan qərarı tənqid edərək, bu addımın İbrahim Zəkzakiyə qarşı ölüm hökmü olduğunu bildirib.


Xatırladaq ki, 2015-ci ildə Şeyx İbrahim Zəkzakinin başçısı olduğu Nigeriya İslam Hərəkətının Zariya şəhərindəki mərkəzinə ordu qüvvələrinin hücumu zamanı mindən artıq şiə müsəlmanı qətlə yetirilib, yüzlərləsi isə yaralanaıb və həbs edilib. Bu hücum nəticəsində İbrahim Zəkzaki ağır yaralanaraq, həbs edilib. Onun bu hücum nəticəsində bir gözündə görmə qabiliyyəti itib və bir əlinin hərəkəti məhdudlaşıb.




Mənbə: Eastnews.org Oxunub: 1115 dəfə; Tarix: 2019-12-06 09:39
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

İranda iğtişaşların çoxalması kimə sərf edir?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!