İranlı aktyor dünyanın ən yaxşı kişi aktyoru seçildi


Eastnews.org-un verdiyi xəbərə görə, "Oskar" mükafatı laureatı iranlı rejissor Əsgər Fərhadinin rejissoru olduğu "Satıcı" adlı filmdə baş rolu oynayan aktyor Şəhab Hüseyni, 2016 "Kann" Film Festivalının Ən Yaxşı Kişi Aktyor mükafatına layiq görülüb.


Filmin rejissoru Əsgər Fərhadiyə isə Ən Yaxşı Orijinal Ssenari mükafatı verilib.
 
Şəhab Hüseyni və Təranə Əlidustinin baş rolda oynadığı "Satıcı" filmi Artur Millerin "Satıcının Ölümü" adlı məşhur əsəri əsasında çəkilib. Əsərdə teatrda rol alan iki gənc bundan sonra öz şəxsi həyatlarında problemlərlə qarşılaşır və həyatları kabusa dönür.
 

Şahab Hüseyni Azərbaycanda "Sınıq Qəlb" filmində oynadığı baş rola görə tanınıb.


"Satıcı"nın rejissoru Əsgər Fərhadi bundan əvvəl "Əli" "Ayrılıq" və "Keçmiş adlı çəkdiyi filmlərə görə Ən Yaxşı Xarici Film Oskarı daxil olmaqla bir çox beynəlxalq mükafatları qazanmağı bacarmışdı.




Mənbə: Mehr News Agency Oxunub: 2299 dəfə; Tarix: 2016-05-23 20:13
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!