Azərbaycan nümayəndə heyəti İranda yas məclisinə qatıldı


Eastnews.org-un verdiyi xəbərə görə, Azərbaycanın dövlət nümayəndə heyəti İran İslam Respublikasının keçmiş Prezidenti Həşimi Rəfsancanının yas mərasimində iştirak etmək üçün İranın paytaxtı Tehran şəhərində səfərdə olublar.

 

Bu barədə hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə məlumat yayıb.

 

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyətinini tərkibində deputatlar İsa Həbibbəyli, Şəmsəddin Hacıyev, Hüseynbala Mirələməov, Nəriman Əliev və Aydın Mirzəzadə, Qafqaz Müsəlmanları Ruhani İdarəsi sədrinin müavini Hacı Fuad Nurullayev olublar.

 

Nümayəndə heyəti İranın Ali Rəhbəri Əli Hüseyni Xomeninin təşkil etdiyi dövlət yas mərasimində iştirak ediblər və başsağlığı veriblər.

 

Həmçinin səfər çərçivəsində Ziyafət Əsgərov İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb və Azərbaycan dövlətinin başsağlığını İran dövlətinə çatdırıb.

 

Azərbaycan nümayəndə heyəti İran İslam Respublikası İslam Məsləhət Şurasının (parlament) də iclasında iştirak ediblər. 




Mənbə: Report Oxunub: 132 dəfə; Tarix: 2017-01-12 14:19:40
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında