Ankarada səfiri öldürən şəxsin dəfni ilə bağlı yeni qərar


Eastnews.org-un verdiyi xəbərə görə, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu öldürən Mövlud Mert Altıntaş kimsəsizlər qəbiristanlığında dəfn ediləcək.

 

Artıq Türkiyə Ədliyyə Nazirliyi müvafiq işlərin başlanması ilə bağlı qərar verib.

 

Məlumata görə, terrorçunun yaxınlarına cənazənin götürülməsi üçün verilən 15  gündən çox vaxt keçsə də, Altıntaşın heç bir qohumu ona yiyə durmayıb. Terrorçunun meyiti 24 gün morqda qalıb.

 

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən öldürülüb.




Mənbə: Oxunub: 372 dəfə; Tarix: 2017-01-12 13:10:29
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında