Misirdə silahlıların hücumu nəticəsində 4 polis əməkdaşı ölüb


Eastnews.org-un verdiyi xəbərə görə, Misirin Sinay yarımadasında silahlıların hücumu nəticəsində 4 polis əməkdaşı ölüb.

 

Hadisə Əl-Əriş şəhər xəstəxanasının yaxınlığında baş verib. İlkin ehtimala əsasən, hücumu İŞİD-ə yaxın “Ənsər Beyt əl-Makdis” qruplaşması təşkil edib.

 

Xatırladaq ki, yanvarın 9-da Əl-Əriş şəhərində nəzarət-keçid məntəqəsində minalanmış avtomobil partladılıb. Hadisə nəticəsində 9 polis əməkdaşı ölüb, 10-u isə yaralanıb.

 

Qeyd edək ki, Misir ordusu artıq iki ildən çoxdur ki, Sinay yarımadasının şimalında ekstremist qruplaşmalara qarşı antiterror əməliyyatı həyata keçirir.




Mənbə: RİA Oxunub: 114 dəfə; Tarix: 2017-01-12 13:05:35
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında