ABŞ: “PYD Astana görüşündə olmalıdır”


Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ-ın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mark Toner dünən təşkil etdiyi mətbuat brifinqində Türkiyə, Rusiya və İranın təşəbbüsü ilə Suriya hökuməti və silahlı müxaliflər arasında Astanada baş tutması planlaşdırılan danışıqlara PYD-nin də qatılmasını istədiklərini bəyan edib.

 

“Suriya krizisini həll etmək üçün Qazaxıstanın paytaxtı Astanada keçiriləcək danışıqlara PYD-nin də qatılması zəruridir” deyə Mark Toner diqqətə çatdırıb.

 

Suriya krizisinin qarşısını almağın tək yolunun BMT nəzarətindəki komissiyalar aparılan işləri dəstəkləmək olduğunu açıqlayan Mark Toner, ABŞ-ın PYD-ə silah vermədiyini iddia edib.

 

Qeyd edək ki, Astanada keçiriləcək danışıqların 23 yanvar tarixində başlaması gözlənilir.




Mənbə: CNN Oxunub: 177 dəfə; Tarix: 2017-01-12 10:55:20
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında