Səudiyyə Ərəbistanının Yəməndə törətdiyi cinayətlərin statistikası açıqlandı


Eastnews.org-un verdiyi xəbərə görə, Yəmən Səhiyyə Nazirliyi Səudiyyə Ərəbistanının Yəmənə hücumlarının 22-ci ayında öldürülən insanların ümumi sayını açıqlayıb.

 

Açıqlamada bildirilib ki, hücumlar zamanı 11 min mülki şəxs öldürülüb, 30 min insan evsiz qalıb, Yəmənin 80 faizinin sosial və iqtisadi durumu daha da pisləşib.

 

Nazirlik UNİCEF təşkilatının uşaq ölümləri ilə bağlı hesabatını da xatırladıb.

 

Belə ki, hesabatda Səudiyyə Ərəbistanının hücumlarının ilk 3 ayında 398 yəmənli uşağın öldürülməsi faktı öz əksini tapıb.

 

Qeyd edək ki, Səhiyyə Nazirliyi 18 aylıq hücumlar zamanı 2 min 397 yəmənli uşağın öldürüldüyünü açıqlamışdı.




Mənbə: Shafaqna Oxunub: 133 dəfə; Tarix: 2017-01-12 10:15:50
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında