Suriyada Türkiyə qüvvələrinin zərbələri nəticəsində 66 mülki vətəndaş ölüb və yaralanıb


Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyə qüvvələrinin son iki gün ərzində Hələbin şimalıdakı əl-Bab şəhərinə əlavə olaraq Bzaa və Tadəf bölgələrinə zərbələri nəticəsində 66 mülki vətəndaş ölüb və yaralanıb.


Bu barədə SANA informasiya agentliyi ötən gün məlumat verib.


SANA-nın müxtəlif media vasitələri və yerli mənbələrə istinadən verdiyi məlumata görə, Türkiyəyə aid hərbi təyyarələr və topların adıçəkilən bölgələrə hücumlarında 9 mülki vətəndaş həyatını itirib, 57-si yaralanıb.


Məlumatda, həmçinin Türkiyəyə məxsus qırıcıların 23 dekabr 2016-cı il tarixində Hələbin təxminən 38 km şimal-şərqində yerləşən əl-Bab şəhərinin yaşayış məntəqələrinə hücumlarında çoxu uşaq və qadın olmaqla 88 nəfər öldüyü, onlarla adamın da yaralandığı qeyd olunub .




Mənbə: SANA Oxunub: 158 dəfə; Tarix: 2017-01-12 09:23:35
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında