"Nusra Cəbhəsi"nin 2-si komandir olmaqla 12 üzvü zərərsizləşdirildi - Foto


Eastnews.org-un verdiyi xəbərə görə, ötən gün İdlibdə ABŞ-ın keçirdiyi hava əməliyyatı nəticəsində  "Nusra Cəbhəsi" terror təşkilatının ikisi komandir olmaqla 12 üzvü zərərsizləşdirilib.


Hava əməliyyatı ötən gün günorta saatlarında Sarakib bölgəsi yaxınlığında silahlı PUA vasitəsilə həyata keçirilib.


Bölgədəki mənbələr hücumda ölən "Nusra Cəbhəsi" komandirlərinin Əbu Əkrəm əl-Tunisi və Əbu Anas əl-Misri olduğunu bildirib.


ABŞ-ın son 1 ay ərzində İdlibdəki əməliyyatlarında onlarla terrorçu öldürülüb.

 




Mənbə: AMN Oxunub: 236 dəfə; Tarix: 2017-01-12 08:36:24
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında