NATO İraqda hərbi təlim qərargahı quracaq


Eastnews.org-un verdiyi xəbərə görə, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) İraqda hərbi təlim qərargahı qurmağa hazırlaşdığı bildirilib.


Bu barədə adının açıqlanmasını istəməyən NATO rəsmisi məlumat verib.


Onun məlumatına görə, 2016-cı ilin iyul ayında keçirilən Prezident və Baş nazirlər zirvə toplantısında İraq Baş naziri Heydər əl-Abadinin İraqlı qüvvələrə "hərbi təlim" keçilməsi tələbi qəbul edilib.


Rəsmi "NATO qüvvələri İraqda hərbi təlim qərargahı yaradacaq. İraqlı əsgərlərin təliminə bu ay başlanacaq", - deyə qeyd edib.


Hazırlıqlar üçün bir qrup hərbi məsləhətçinin İraqa göndəriləcəyini qeyd edən rəsmi həmin qrupun təxminən 20 mütəxəssisdən ibarət olacağı məlumatını verib.


NATO rəsmisi, həmçinin partlayıcı maddə, vətəndaşlara rəftar, hərbi və polis qüvvələrinin yenilənməsi çərçivəsində təlim keçiləcəyini bildirib.




Mənbə: Rudaw Oxunub: 109 dəfə; Tarix: 2017-01-11 22:29:14
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında