Yaponiya Ərbildə konsulluq açdı


Eastnews.org-un verdiyi xəbərə görə, Yaponiya İraq Kürd Muxtar Regionunun (İKMR) Ərbil şəhərində konsulluq açıb.


Konsulluğun açılış mərasimində İKMR Baş naziri Nəçirvan Bərzani, Yaponiya xarici işlər naziri Kentaro Sonoura, Yaponiyanın Bağdaddakı səfiri Fumio İvai, İKMR xarici əlaqələr səlahiyyətlisi Fəlah Mustafa və çox sayda inzibati səlahiyyətli iştirak edib.


Açılış mərasimində çıxış edən Fəlah Mustafa Yaponiyanın Ərbildə konsulluq açmasının ikitərəfli əlaqələrin daha da güclənməsinə səbəb olacağına inandıqlarını deyib.


Yaponiyalı nazir Sonoura da daha əvvəl Ərbildə fəxri nümayəndəliklərinin olduğunu bildirərək, bunun konsulluğa çevrilməsindən məmnun olduqlarını qeyd edib.


Yaponiyanın konsulluq açmasıyla Ərbildəki konsulluq sayı 20-yə çatıb. İKMR-də İran, Türkiyə, Fələstin, Amerika Birləşmiş Ştatları (ABŞ), Fransa, Böyük Britaniya, Almaniya, İordaniya, Misir, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Çexiya, Çin, Macarıstan, Hollandiya, İtaliya, Küveyt, Sudan, Səudiyyə Ərəbistanı və artıq Yaponiyanın konsulluğu var.




Mənbə: AA Oxunub: 143 dəfə; Tarix: 2017-01-11 22:02:33
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında