Dəməşqdə yaranan su probleminin həlliylə bağlı razılaşma


Eastnews.org-un verdiyi xəbərə görə, Suriya hökuməti ilə müxaliflər münaqişələrdə zərər görən Dəməşq yaxınlığındakı su qurğusunun təmiri üçün bölgəyə texniki işçilərin daxil olması məsələsində razılığa gəlib.


Bölgə rəhbərliyindən verilən məlumata görə, Barada vadisindəki müxaliflərlə əldə olunan razılaşma əsasında texniki işçilər paytaxta su verən qurğunun yerləşdiyi əraziyə daxil ola biləcək.


Su qurğusunun münaqişələr səbəbindən dekabrda fəaliyyəti dayanmışdı. Bu vəziyyətdən Dəməşq və yaxınlığında yaşayan əhalinin 70 faizi təsirlənmişdi.


Suriya Prezidenti Bəşər Əsəd Fransa xəbər saytı "France Info"ya bu həftə verdiyi müsahibədə ordunun Dəməşqin əsas su mənbəyi olan bölgəni geri almalı olduğunu bildirmişdi.




Mənbə: Sputnik Oxunub: 153 dəfə; Tarix: 2017-01-11 21:29:37
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında