Mosulda 4 məhəllə İŞİD-dən azad edildi


Eastnews.org-un verdiyi xəbərə görə, İraqda Mosulun İŞİD terror təşkilatından azad edilməsi əməliyyatı çərçivəsində ordu qüvvələri tərəfindən daha dörd məhəllədə nəzarətin təmin olunduğu bildirilib.


İraq Federal Polis rəisi general-polkovnik Raid Şakir Cövdət verdiyi yazılı açıqlamada "Təhlükəsizlik qüvvələrinə bağlı birləşmələr Mosulun cənubundakı əs-Salam və əs-Sahirun məhəllələrində nəzarəti tam təmin edib", - sözlərini qeyd edib.


Mosul əməliyyatı komandirlərindən genereal Əbdüləmir Yarallah şəhərin şimal hissəsindəki şiddətli toqquşmalar nəticəsində "düşmənin ciddi itki" verdiyini və 7 Nisan məhəlləsinin azad edildiyini bildirib.


Mosul Əməliyyatları Komandanlığında vəzifəli zabit Əhməd əl-Cuburi isə Mosulun şimalındakı əs-Siddiq məhəlləsinin ordu birləşmələri tərəfindən İŞİD üzvlərindən təmizləndiyini və bölgədə axtarış işlərinin aparıldığını diqqətə çatdırıb.


Cuburi İŞİD terror təşkilatının bölgədən uzaqlaşdırıldığını və məhəllədəki yüzlərlə ailənin təxliyyə edildiyini vurğulayıb.


İraqda ötən il oktyabr ayında başladılan Mosulun İŞİD terror təşkilatından azad edilməsi əməliyyatı çərçivəsində ordu hissələrinin şəhərin şərq məhəllələrinin təxminən 60 faizini geri aldığı bildirilir.




Mənbə: AA Oxunub: 102 dəfə; Tarix: 2017-01-11 20:05:20
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında