Gürcüstan hökuməti “Qazprom”un təklifini qəbul edib


Eastnews.org-un verdiyi xəbərə görə, Gürcüstan hökuməti “Qazprom eksport”un Ermənistana satdığı təbii qazın Gürcüstan ərazisindən nəqlinə görə nağd pul ödəmək təklifini qəbul edib.

 

Bu barədə qərar hökumətin yanvarın 11-də keçirilən iclasında qəbul olunub.

 

Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze jurnalistlərə bildirib ki, hazırkı vəziyyətdə “Qazprom eksport”un təklifi Gürcüstan üçün ən əlverişli variantdır.

 

Nazirin sözlərinə görə, yeni müqavilə yaxın vaxtlarda imzalanacaq: "Əvvəlki müqavilənin müddəalarından yalnız təbii qazın Gürcüstan ərazisindən nəqlinə görə ödəmələrlə bağlı olan maddə dəyişdirilir. Digər maddələr öz qüvvəsində qalır”.

 

K.Kaladze qazın nəqlinə görə, “Qazprom ekspert”un ödəyəcəyi məbləği açıqlamasa da rəqəmin qənaətbəxş olduğunu bildirib.

 

Qeyd edək ki, əvvəlki müqaviləyə əsasən “Qazprom ekspert” Ermənistana satdığı təbii qazın Gürcüstan ərazisindən nəqlinə görə bu ölkəyə ümumi həcmin 10 faizi həcmində “mavi yanacaq” verirdi. Bu ildən isə “Qazprom” ödənişin nağd ödəmələrlə həyata keçirmək barədə təklif irəli sürüb.




Mənbə: Report Oxunub: 86 dəfə; Tarix: 2017-01-11 15:58:13
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında