Bağdadini ilk kim ələ keçirəcək?


Eastnews.org-un verdiyi xəbərə görə, İraqın Könüllü Xalq Qüvvələrinin (Həşd Şabi) mətbuat katibi Əhməd əl-Əsədi ABŞ-dan əvvəl ələ keçirəcəklərini bildirib.

 

Əhməd əl-Əsədi açıqlamasında diqqətə çatdırıb ki, İŞİD terrorçu qruplaşmasının lideri Əbubəkr əl-Bağdadi İraqın Suriya ilə sərhədində bir yerdə gizlənir.

 

İraq hərbi qüvvələri ilə ABŞ arasında Əbubəkr əl-Bağdadinin ələ keçirilməsi məsələsi ilə bağlı rəqabət olduğunu vurğulayan Əhməd əl-Əsədi İraq ordusu və "Həşd Şabi"nin Bağdadinin yaxalanması ilə bağlı əməkdaşlıq etdiyini qeyd edib.

 

Həşd Şabi rəsmisi ABŞ-ın Bağdadini öldürmək istəmədiyini, çünki hələ terrorçu liderin imperialist qüvvələrin məqsədlərini reallaşdırdığını bildirib.




Mənbə: Shafaqna Oxunub: 149 dəfə; Tarix: 2017-01-11 15:18:28
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında