Türkiyə qüvvələrinin İraqdan nə vaxt çıxacağına dair açıqlama


Eastnews.org-un verdiyi xəbərə görə, Ankarada bir qrup jurnalistə açıqlama verən İraqın Ankaradakı səfiri Alavi Bəşiqadakı Türkiyə əsgərlərinin Mosul əməliyyatından sonrası çəkilməsi məsələsində Ankara və Bağdad arasında razılığa gəlindiyini, çəkilməklə bağlı detalların da tərəflər arasında müzakirə olunacağını bildirib.


Səfir Alavi Mosul əməliyyatının 3 ay ərzində başa çatmasının gözlənildiyini bildirərək, "Bəşiqa problemi həll edilsə, digər hərbi əməkdaşlıq məsələlərinə baxılar", - deyə qeyd edib.


"Türkiyənin İraq torpaqlarında əməliyyat keçirməsini istəmirik, belə bir gözləntimiz yoxdur", - deyən səfir "Terror təşkilatlarının torpaqlarımızdan qonşularımızı təhdid etməsinə imkan vermərik", - sözlərini diqqətə çatdırıb.


Səfir Sincərdəki PKK varlığına dair də bunları deyib:


"Sincərdə hər hansı bir xarici qrup, ya da PKK varlığına imkan vermərik. Bunun üçün hər cür variant qiymətləndirilir, konstitusiyamızda yer alır. İndi prioritetimiz Mosuldur, amma Sincəri də azad etmə məsələsində bir şübhəmiz yoxdur".


Baş nazir Binəli Yıldırımın Bağdad və Ərbil səfəri haqqında danışan Alavi "Səhiyyə və müdafiə nazirlərinin Bəşiqa düşərgəsinə səfəri proqramda yox idi, Türk tərəfindən bu barədə açıqlama gözləyirik", - deyə bildirib.




Mənbə: Al Jazeera Oxunub: 139 dəfə; Tarix: 2017-01-11 14:57:54
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında