Türkiyə təyyarələri İraqın şimalına aviazərbələr endirdi - Video


Eastnews.org-un verdiyi xəbərə görə, İraqın şimalına Türkiyə Hava Qüvvələri Komandanlığına aid hərbi təyyarələrlə təşkil olunan əməliyyatda PKK-lı terrorçular tərəfindən istifadə edilən 14 hədəfin məhv edildiyi bildirilib.


Türkiyə Silahlı Qüvvələrindən verilən məlumata görə, Zap, Qara, Hakurk və Avaşin-Basyan bölgələrinə dünən 19:00-21:34 saatlarında hava hücumu təşkil olunub.


Separatçı PKK terror təşkilatı mənsubları tərəfindən istifadə edildiyi müəyyən edilmiş 14 hədəfin atəşə tutularaq məhv edildiyi əməliyyatdan sonra təyyarələr bazalarına qayıdıb.






Mənbə: AA Oxunub: 122 dəfə; Tarix: 2017-01-11 14:24:12
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında