Rusiya və Suriya hərbi təyyarələri əl-Bab yaxınlığında əməliyyat başlatdı


Eastnews.org-un verdiyi xəbərə görə, Suriya və Rusiya hərbi təyyarələri Hələb şəhərinin şərqi və şimal-şərqində yerləşən İŞİD mövqelərinə qarşı əməliyyatlarını şiddətləndirib.


Artan hava əməliyyatlarında əl-Babın cənubu və Deyr Hafir ətrafındakı İŞİD hədəfləri vurulur. Ötən gün ərzində bölgəyə 20-dən çox aviazərbə endirən təyyarələr, əsasən əl-Babın cənubunu hədəfə aıb.


Bölgədəki hərbi mənbələrin verdiyi məlumatlara görə, əl-Babın cənubunda yerləşən əl-Bəəra qəsəbəsinə azı 15 hava hücumu təşkil olunub.


Suriya ordusunun əl-Babın cənubunda yerləşən bölgədə və Deyr Hafir ətrafında böyük bir əməliyyata başlamaq üçün səfərbər olduğu da məlumdur.




Mənbə: AMN Oxunub: 175 dəfə; Tarix: 2017-01-11 12:41:22
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında