Yəməndəki son vəziyyət necədir?


Eastnews.org-un verdiyi xəbərə görə, 2015-ci ilin mart ayında “Ənsarullah” ilə və Yəmənin keçmiş prezidenti Mansur Hadi tərəfdarları arasında əldə olunan atəşkəs razılaşması hər gün dəfələrlə pozulur.

 

Bundan əlavə, beynəlxalq razılaşmalara baxmayaraq, Səudiyyə Ərəbistanı qanunsuz olaraq işğalçılıq məqsədi ilə mütəmadi olaraq Yəmənə hücum edir.


Səudiyyə Ərəbistanına qaçan Mansur Hadi tərəfdarları ölkənin mərkəzi bölgələri və cənubu olmaqla torpaqların dörddə üçünə, “Ənsarullah” qüvvələri ilə Yəmən ordusu isə şimal-qərbdə ölkənin üçdə birinə nəzarəti əldə saxlayır.


Ekspertlər hesab edir ki, paytaxt Səna şəhərini və sahil bölgələrini əlində saxlayan Yəmən ordusu və “Ənsarullah” qüvvələri coğrafi olaraq kiçik, strateji olaraq isə böyük ərazilələrə nəzarət edir.


Nəzarətindəki bölgələri itirən “Əl-Qaidə” terrorçu qruplaşması isə cənubda kiçik bir bölgədə fəaliyyətini davam etdirir.

 

Mansur Hadi və Səudiyyə “Ənsarullah” qüvvələrinin nəzarətində olan Səna, Mərib, Taiz və Şəbvada irəliləməyə çalışır.

 

“Ənsarullah” isə əllərindəki torpaqları müdafiə edir və Səudiyyəyə verdiyi cavablarla ağır zərbələr vurur.




Mənbə: Al Masirah Oxunub: 104 dəfə; Tarix: 2017-01-11 10:52:47
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında