Heydər əl-Abadidən Türkiyə açıqlaması


Eastnews.org-un verdiyi xəbərə görə, İraq Baş naziri Heydər əl-Abadi İraqdan Türkiyə əsgərlərinin çəkilmədiyi müddətcə Bağdad-Ankara münasibətlərinin irəliləyə bilməyəcəyini dilə gətirib.


İraq dövlət televiziyasına danışan Abadi Türkiyə qoşunlarının İraqın şimalındakı Bəşiqa şəhərciyindən çəkilməyəcəyi halda şimal qonşusu Türkiyəylə münasibətlərdə heç bir irəli addım atılmayacağını bildirib.


Türkiyə Baş naziri Binəli Yıldırım və Abadi ötən həftə paytaxt Bağdadda bir araya gəldikləri görüşdə Bəşiqadakı Türkiyə hərbi varlığını müzakirə etmişdilər. Problemin dostcasına həll olunacağını qeyd edən Yıldırım "İraqın suverenliyi bizim üçün çox əhəmiyyətlidir, suverenliyinə zərər verəcək heç bir təşəbbüs, heç bir hərəkətə razılıq vermərik, içində olmarıq. İraqın bütövlüyü də eyni şəkildə bizim üçün əhəmiyyətlidir, bunun bilinməsini istərdik", - sözlərini işlətmişdi.


Türkiyəli həmkarına əsgərlərin Bəşiqadan çəkilməsi istiqamətində tələblərini çatdırdıqlarını bildirən Abadi "Bəşiqa mövzusunda imzalanan yekun bəyannamədə Türkiyə əsgərlərinin torpaqlarımızdan çıxarılması tələbimizi çatdırdıq. Türkiyə tərəfi İraqın ərazi bütövlüyü və suverenliyinə hörmət göstərəcəyini vurğuladı", - açıqlamasını vermişdi.




Mənbə: Reuters Oxunub: 152 dəfə; Tarix: 2017-01-11 10:50:02
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında