Ankarada kütləvi aksiyaların keçirilməsi qadağan edilib


Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyə paytaxtı da daxil olmaqla Ankara əyalətində terror təhlükəsinə görə 30 gün müddətinə kütləvi aksiyaların keçirilməsi qadağan edilib.

 

Bununla bağlı qərarı Ankara valiliyi qəbul edib. 

 

“Valiliyimizə verilən məlumata görə, terrorçu qruplaşmalar əyalətdə terror aktları törətmək üçün hazırlıq görürlər. İnsanların kütləvi toplaşdığı yerlərdə keçirilən mitinq, yürüş və tədbirlər zamanı terrorçuların terror aktları törətmək istədikləri təxmin edilir. İnsanların həyatını, mal-mülkünü və ictimai təhlükəsiziliyini təmin etmək məqsədi ilə Ankara əyaləti daxilində 30 gün müddətinə küçə, meydan, park və prospektlər kimi əhalinin sıx olduğu kütləvi yerlərdə bütün növ aksiyaların keçirilməsi qadağan olunur”, - deyə valilik bildirib. 




Mənbə: Report Oxunub: 163 dəfə; Tarix: 2017-01-10 21:36:46
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında