Dünyanın ilk eko-məscidi Omanda açılacaq


Eastnews.org-un verdiyi xəbərə görə, dünyanın tamamilə "yaşıl enerji" ilə işləyəcək ilk məscidi tezliklə Omanda tikiləcək.


"Layihənin yaradılması üzrə işlərin 90%-i başa çatıb. Hazırda məscidin damında günəş panellərinin quraşdırılması üzrə işlər aparılır", - layihənin baş memarı Badra Əl-Hadabi bildirib.


Onun sözlərinə görə, məsciddə eyni anda 50 nəfər ibadət edəcək. Memar tikilinin ölçüsünün belə kiçik olmasını məkanın sərinləşdirmə sistemi üçün həddindən çox enerji tələb olunması ilə izah edib.


B.Əl-Hadabi bildirib ki, ölkədə istehlak edilən enerjinin böyük hissəsi sərinləşdirmə sistemi üçün istifadə olunur.  O, layihənin bütün sultanlıqda tikinti sənayesi üçün model olacağına əminliyini söyləyib.

 




Mənbə: Report Oxunub: 81 dəfə; Tarix: 2017-01-10 17:51:20
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında