Daha bir terrorçu komandir Suriya ordusu tərəfindən öldürüldü - Foto


Eastnews.org-un verdiyi xəbərə görə, Suriya ordusu paytaxt Dəməşqin Şərqi Quta bölgəsində döyüşən nüfuzlu terrorçu komandirlərdən olan Həmzə əl-Asslini öldürüb.


Şərqi Qutada "Ceyşül İslam"dan sonra ən böyük ikinci qrup olan "Feylak Rəhman" komandiri Həmzə əl-Assli (bilinən adı Əbu əl-Abbas) Hazrama kəndi ətrafında Suriya ordusu mövqelərinə edilən hücum zamanı öldürülüb.


Ordu mövqelərinə edilən bu uğursuz hücum zamanı əl-Assli ilə birlikdə azı 10 terrorçu da zərərsizləşdirilib.


Həmzə əl-Assli Dəməşqdə başlayan döyüşlərə qoşulan ilk terrorçulardan biriydi. Əl-Assli Dəməşqdəki Abbasiyən avtobus dayanacağında həyata keçirilən terror hücumunun məsuliyyətini də öz üzərinə götürmüşdü.




Mənbə: AMN Oxunub: 127 dəfə; Tarix: 2017-01-10 17:35:39
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında