Rusiya təyyarələri Suriyada İŞİD-in 174 neft obyektini məhv edib


Eastnews.org-un verdiyi xəbərə görə, Rusiya Baş Qərargah rəisi Valeriy Gerasimov Rusiya Hava Qüvvələrinin Suriyada əməliyyata başlamasından bu yana İŞİD-ə məxsus 174 neft obyektinin məhv edildiyini açıqlayıb.


Rusiya hava qüvvələrinin Suriyadakı terrorçu qruplara qarşı əməliyyat başlatdığı 2015-ci ilin sentyabrından bu yana İŞİD-in nəzarət etdiyi 174 neft istehsal obyektinin məhv edildiyini söyləyən Rusiya Baş Qərargah rəisi Valeriy Gerasimov İŞİD-in təminat sisteminn xarab olduğunu, əsas gəlir mənbəyindən də məhrum buraxıldığını vurğulayıb.


Bununla yanaşı, Rusiya təyyarələrinin əməliyyatın başlandığı tarixdən 19 min uçuş keçirib terrorçu qruplara 71 min hava hücumu təşkil etdiyini qeyd edən Gerasimov eyni zaman çərçivəsi ərzində Suriyada 12 min 360 kvadrat kilometr uzunluğundakı sahənin terrorçu qrupların əlindən geri alındığını bildirib.




Mənbə: Sputnik Oxunub: 228 dəfə; Tarix: 2017-01-10 16:07:06
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında