ABŞ-a aid B-52 tipli təyyarələr İdlibdə 20-dən çox vətəndaşı öldürdü


Eastnews.org-un verdiyi xəbərə görə, Rusiya Baş Qərargah Rəisi Valeriy Gerasimov ABŞ-a aid B-52 tipli strateji bombardman təyyarələrinin 3 yanvarda Rusiyaya bildirilmədən Suriyanın İdlib şəhərindəki hədəfləri vurduğunu və 20 mülki vətəndaşı öldürdüyünü bildirib.


ABŞ təyyarələrinin 29 sentyabrda Deyr əz-Zorda Suriya ordusuna aid mövqeləri vurduğunu və bundan sonra İŞİD-in hücuma keçdiyini xatırladan Gerasimov bunun bir nümunəsinin də İdlibdə baş verdiyini vurğulayıb.


Gerasimov "3 yanvarda ABŞ-a aid B-52 tipli strateji bombardman təyyarələri Rusiyaya məlumat verilmədən İdlibin Sarmada yaşayış məntəqəsinə bombardman həyata keçirib. Atəşkəs müqaviləsinə daxil olan bu yaşayış məntəqəsinə qarşı hücumda 20-dən çox mülki vətəndaş həyatını itirib", - deyə qeyd edib.




Mənbə: Sputnik Oxunub: 156 dəfə; Tarix: 2017-01-10 15:08:03
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında