Tramp kürəkənini vəzifəyə təyin etdi - Video


Eastnews.org-un verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarında rəhbərliyinə seçilən Donald Tramp kürəkəni Cered Kuşneri yüksək səviyyəli müşaviri təyin edib.


Trampın yüksək səviyyəli müşavirlərindən biri kimi çıxış etməyə hazırlaşan Kuşnerin bu vəzifəyə gətirilməsi isə reaksiyalara səbəb olub.


Donald Trampın nümayəndəsi Kelliyan Konvey "Twitter" hesabından verdiyi bəyanatda təyinatı "Günün ən yaxşı xəbəri olaraq şərh edib.


ABŞ-da rəsmilərin yaxınlarını himayə etməyi qadağan edən qanun var.


Donald Trampın qızı İvanka ilə evli olan 35 yaşlı Cered Kuşnerin vəkili isə təyinatın qanunun pozuntusu kimi şərh olunmasına qarşı çıxıb.


Vəkil Ceymi Qorelik nepotizm, yəni qohumu himayə etmə qanununun Ağ Evdəki təyinatlar üçün keçərli olmadığını bildirib.






Mənbə: Euronews Oxunub: 131 dəfə; Tarix: 2017-01-10 14:51:33
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında