Bağdadda silsilə terror aktları törədildi; ölən və yaralananlar var


Eastnews.org-un verdiyi xəbərə görə, İraqın paytaxtı Bağdadda meydana gələn 3 partlayışda 2 adam həyatını itirib, 9 adam da yaralanıb.


Şəhərin şərq hissəsindəki Bəsmayə bölgəsində yerləşdirilən bombanın işə düşməsi nəticəsində 1 nəfər ölüb, 5 nəfər də yaralanıb. İkinci partlayış isə şimaldakı Tarmiyə rayonunda baş verib. Buradakı hücumda da 1 polis həyatını itirib, 2-si də yaralanıb.


Vərciş bölgəsində baş verən partlayışda isə 2 nəfərin yaralandığı qeyd edilib.


Təhlükəsizlik qüvvələri, bombalı tələ ehtimalına qarşı Çoxdan Körpüsünü piyada və avtomobil yoluna bağladı.




Mənbə: Rudaw Oxunub: 135 dəfə; Tarix: 2017-01-10 14:18:13
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında