Afinada polislərə silahlı hücum


Eastnews.org-un verdiyi xəbərə görə, Yunanıstanın paytaxtı Afinada Panhelenik Sosialist Hərəkatı (PASOK) partiyası binası qarşısında keşik çəkən polislərə naməlum şəxs və ya şəxslər tərəfindən silahlı hücum təşkil olunub.


Verilən məlumata görə, hadisə səhər saatlarda PASOK-un baş qərargahının yerləşdiyi Harilau Trikupi küçəsində polislərin növbə dəyişikliyi zamanı baş verib. Ara küçələrdən gəldiyi ehtimal edilən naməlum şəxs və ya şəxslər yaxın məsafədən içərisində polislərin olduğu avtobusa atəş açdıqdan sonra qaçıb.


Rəsmilər hücumda bir polis yüngül şəkildə yaralandığını açıqlayıb.


Hücumdan hadisə yerinə cəlb edilən çox sayda polis ərazini nəzarət altına alıb, terrorla mübarizə dəstələrinin hücumla bağlı istintaq başlatdığı bildirildi.


PASOK nümayəndəsi Pavlos Xristidis hadisə ilə bağlı verdiyi şərhdə hücumun son dərəcə ciddi olduğu və öldürmək məqsədilə edildiyini deyib.




Mənbə: AA Oxunub: 101 dəfə; Tarix: 2017-01-10 12:55:15
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında