Daha bir fələstinli İsrail əsgərləri tərəfindən öldürüldü - Foto/Video


Eastnews.org-un verdiyi xəbərə görə, İsrail qüvvələri tərəfindən bu gün səhər saatlarda Nablus vilayətindəki əl-Faria Qaçqın Düşərgəsinə təşkil edilən basqın zamanı bir fələstinli həyatını itirib.


Yerli mənbələrdən əldə edilən məlumata görə, 32 yaşlı fələstinli keçmiş məhbus Məhəmməd əs-Salihi İsrail qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirib. Fələstinli gəncin nəşinin təkbir sədaları altında xəstəxanaya aparıldığı bildirilib.


Mənbələr əl-Faria Qaçqın Düşərgəsinə basqın təşkil edən İsrail qüvvələrinin bir çox evdə axtarış apardığını, İsrail əsgərlərindən bəzilərinin evlərin damlarına çıxaraq təsadüfi atəş açdığını qeyd edib.


İsrail qüvvələrinin keçmiş məhbus əs-Salihini birbaşa hədəf alaraq boynundan, sinəsindən və ayaqlarından vurduğu bildirilib.


Əs-Salihinin meyitinin yayımlanan fotoşəkilərindən onun birbaşa boynundan vurulduğu görünür.


İsrail qüvvələrinin basqın zamanı əl-Faria Qaçqın Düşərgəsində bir çox gənc də saxlanılıb.






Mənbə: FİM Oxunub: 166 dəfə; Tarix: 2017-01-10 12:30:51
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında