Mosulda İŞİD-in yandırdığı 16 neft quyusu söndürüldü


Eastnews.org-un verdiyi xəbərə görə, İraqın Mosul şəhərinin cənubundakı Qayyara bölgəsində İŞİD terror təşkilatının yandırdığı 25 neft quyusundan 16-da yanğının söndürüldüyü bildirilib.


İraq Neft Nazirliyi mətbuat katibi Asim Cihad verdiyi yazılı açıqlamada Qayyaradakı yanğınsöndürmə işlərinin Şimal Neft Şirkətinə bağlı texniki personal və mühəndislərdən ibarət briqadalar ilə Mülki Müdafiə qoşunlarının köməyi ilə davam etdiyini bildirərək, "İşlər nəticəsində 16 quyudakı yanğın söndürülüb, digər quyulardakı yanğınların söndürülməsi üçün işlər davam edir", - deyə qeyd edib.


Yanğınsöndürmə qrupundan Yasir əd-Delfi isə verdiyi açıqlamada neft quyularında yanğınsöndürmə prosesinin normaldan daha çətin olduğunu və müxtəlif avadanlıqlar tələb etdiyini deyib.


Delfi İŞİD terror təşkilatının neft quyularını yandırmazdan əvvəl regiona döşədiyi minaların təmizlənməsi əməliyyatları səbəbiylə söndürmə işlərinin ləng getdiyini bildirib.


İŞİD terror təşkilatı 2014-cü ilin iyunundan bu yana nəzarətində saxladığı Qayyaranın ötən ilin avqust ayında azad edilməsindən sonra bölgədəki neft quyularını yandırmışdı. Mülki Müdafiə İdarəsinə bağlı qruplar neft quyularında yanğın söndürmə işlərinə davam edir.




Mənbə: AA Oxunub: 110 dəfə; Tarix: 2017-01-10 10:29:18
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında