Konstitusiya dəyişikliyi təklifi qəbul edildi


Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyə Böyük Millət Məclisində konstitusiya dəyişikliyi təklifi müzakirələrinin keçirilməsi 338 səslə qəbul olunub.

 

Təkliflə bağlı gizli səsvermədə 480 millət vəkili iştirak edib.

 

Müxalifətdə olan deputatlar səsvermənin gizli keçirilməsinin zəruri olmasına baxmayaraq, AKP deputatlarının bu qaydanı pozduğunu idda edərək, səslərinin sayılmamasını tələb ediblər. Lakin müxalifətçi deputatların istəyi nəzərə alınmayıb.

 

Məclisin sədr müavini Əhməd Aydın konstitusiya dəyişikliyi təklifinin maddələrinin müzakirəsinin qanuna uyğun olduğunu bildirib. Sonra təklifin birinci maddəsi oxunub.

 

Türkiyə Böyük Millət Məclisi müzakirələrin davamı üçün bu gün saat 15:00-da yenidən bir araya gələcək.




Mənbə: Sözcü Oxunub: 129 dəfə; Tarix: 2017-01-10 10:17:30
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında