Cənubi Afrika liderindən "İsrailə getməyin" çağırışı


Eastnews.org-un verdiyi xəbərə görə, Cənubi Afrika Prezidenti Yakob Zuma Fələstin xalqları ilə həmrəyliyin təzahürü olaraq İsrailə səfər etməməklə bağlı çağırış edib.


Zuma Afrika Milli Konqresi Partiyasının 105 illik yubileyi tədbirində çıxışında "Cənubi Afrika Fələstin xalqının haqq işinə öz dəstəyini davam etdirəcək", - sözlərini dilə gətirib.


BMT TŞ-dən ötən həftələrdə çıxan yəhudi yaşayış məntəqələrinin inşasının dayandırılması istiqamətindəki qərara işarə edən Zuma BMT TŞ-nin İordan çayının qərb sahili və Qəzzadakı yəhudi yaşayış yerlərinin qanunsuz olduğu istiqamətindəki qərarını müsbət qarşıladığını bildirib.


Zuma cənubi afrikalıların hər zaman Fələstin xalqının yanında olduğunu bildirərək, "Fələstin bir gün məqsədinə çataraq müstəqilliyinə qovuşacaq. Fələstin xalqları ilə həmrəyliyimizin təzahürü olaraq İsrailə səfər etməyin", - deyə vurğulayıb.




Mənbə: Sputnik Oxunub: 179 dəfə; Tarix: 2017-01-10 10:10:39
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında