ABŞ Xüsusi Qüvvələri 2016-cı ildə dünyanın 138 ölkəsində fəaliyyət göstərib


Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ ordusuna bağlı Xüsusi Qüvvələr Komandanlığı qoşunlarının 2016-cı ildə dünyanın 138 ölkəsində fəaliyyət göstərdiyi qeyd olunub.


ABŞ Prezidenti Barak Obama rəhbərliyinin ordunu müharibəyə yönəltməmə və yükü bölüşdürmə strategiyası çərçivəsində fəaliyyət göstərən ABŞ Xüsusi Qüvvələri Çin, Liviya, Yəmən, Birləşmiş Ərəb Əmirlikləri, Monqolustan, Qazaxıstan, Tacikistan, Əfqanıstan, Nepal, Hindistan, Laos, Filippin, Cənubi Koreya və Yaponiyanın da aralarında olduğu bir çox ölkəyə qoşun göndərib. Qeyd olunan 138 ölkə dünya ərazinin 70 faizini təşkil edir.


2016-cı ildə Xüsusi Qüvvələrin fəaliyyət göstərdiyi ölkələrin sayı, Obamanın 8 illik prezidentliyi müddətində ən yüksək səviyyələrdən birinə çatıb, 2017-ci il bu ardıcıllığın Tramp dövründə sona çatıb-çatmayacağı baxımından həlledici olacaq.


Xüsusi Qüvvələr Komandanlığının məlumatına görə, 2016-cı ildə xarici ölkələrə göndərilən xüsusi birləşmələrin 55.29 faizi Yaxın Şərqdə yerləşdirilib. 2006-cı ildə Yaxın Şərqə göndərilən xüsusi birləşmələrin sayı 35 faizdən çox idi. Eyni müddət ərzində Afrikaya göndərilən qoşunların sayı isə yüzdə 1-faizdən 17.26 faizə yüksəlib.


Bu arada, Xüsusi Qüvvələr Komandanlığı qoşunlarını göndərdiyi 138 ölkədən 9-nun adını gizli saxlayır. ABŞ Xüsusi Əməliyyatlar Komandanlığı səlahiyyətlisi Ken Makqro xüsusi qüvvə yerləşdirilməsinin əksəriyyətinin gizli olduğunu, hər hansı bir ölkəyə edilən yerləşdirmənin məxfiliyi götürülmədiyi təqdirdə bununla bağlı məlumat verilmədiyini qeyd edib.


Rusiya, İran, Şimali Koreya kimi ölkələrin adı gizli saxlanılan ölkələr arasında olduğu güman edilir.




Mənbə: The Nation Oxunub: 139 dəfə; Tarix: 2017-01-09 22:14:15
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında