Belçikalılar müsəlmanları təhlükəli hesab edir


Eastnews.org-un verdiyi xəbərə görə, Belçikada xalqın yarıdan çoxu müsəlmanların təhlükə olduğunu düşünür, müsəlman belçikalıların böyük əksəriyyəti də "terrorçu" kimi görüldüklərini bildirib.


"Le Soir" qəzeti ilə RTBF telekanalı Belçikada müsəlmanlar və miqrantlara münasibətə dair birgə sorğu keçirib. Aralarında 400 müsəlmanın da olduğu 4 min 734 nəfərin iştirak etdiyi sorğuya görə, Belçika vətəndaşlarının 67 faizi cəmiyyətdə çoxsaylı qaçqın olduğunu, 66 faizi də ölkəyə daha çox qaçqın və miqrant gəldiyini düşünür.


Sorğu ölkədə müsəlmanların varlığının təhlükə olaraq görüldüyünü də ortaya qoyub. Sorğuda iştirak edənlərin 60 faizi müsəlmanları təhlükə, 12 faizi mədəni sərvət olaraq gördüklərini qeyd edib. Qalan 27 faizi isə "ikisi də deyil" şəklində cavab verib.


Yaş baxımından 65 və yuxarı yaşda olanların 73 faizi, 16-25 yaş arasında olanların 42 faizi müsəlmanları təhlükə kimi gördüyünü deyib. Bu nisbət paytaxt Brüssel üçün 56 olaraq reallaşıb.


Anketdə bəzi suallar təkcə müsəlman belçikalılara ünvanlanıb. Nəticələr müsəlmanların özlərini təcrid olunmuş kimi hiss etdiklərini ortaya qoyub. Müsəlman Belçika vətəndaşlarından 69 faizi "Belçikada doğulub, böyümələrinə baxmayaraq, hələ də yad olaraq görülüb-görmədikləri" sualına "bəli", 24 faizi "xeyr" cavabını verib.


Həmçinin, müsəlmanların 71 faizi terrorçu kimi görüldüklərini söyləyib. Son terror hücumlarından öncə 54 faiz olan bu nisbətin artması, fikrin böyük ölçüdə dəyişməyə başladığı kimi qiymətləndirilib.


Anket nəticələrinə görə, təhlükə hesab edilsələr də müsəlmanların 91 faizi Nis, Brüssel və Parisdə törədilən terror hücumlarını pislədiklərini bildirib.




Mənbə: AA Oxunub: 102 dəfə; Tarix: 2017-01-09 21:41:44
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında