Pakistan ilk dəfə sualtı gəmidən raket sınağı keçirdi


Eastnews.org-un verdiyi xəbərə görə, Pakistan ilk dəfə sualtı gəmidən idarə olunan raket sınağı həyata keçirib.


Pakistan ordusundan verilən açıqlamada nüvə başlığı daşımaq tutumuna malik 450 kilometr mənzilli "Babur-3" raketinin Hind okeanındakı yeri göstərilməyən bir sualtı gəmidən uğurlu şəkildə atıldığı bildirilib.


Açıqlamada raketin Pakistanın hərbi gücünə töhfə verəcəyi qeyd edilib.


"Babur-3" raketi dənizdən, ötən ay sınaqdan keçirilən "Babur-2" isə qurudan atılma xüsusiyyətinə sahibdir.




Mənbə: AA Oxunub: 307 dəfə; Tarix: 2017-01-09 21:04:58
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında