İraq qüvvələri Mosulun şərqində irəliləyir; 150 terrorçu zərərsizləşdirildi


Eastnews.org-un verdiyi xəbərə görə, İraq birgə qüvvələri bu gün Mosulun şərqindəki son məhəllələri azad etmə əməliyyatına başlayaraq, azı 150 İŞİD terrorçusunu zərərsizləşdirib.


Mosulun şərqindəki son məhəllələri işğaldan azad etmə əməliyyatı terrorizmlə mübarizə qüvvələrinin Dəclə çayına qədər irəliləməsindən sonra başlayıb.


İraq qüvvələri, həmçinin Mosulun şərqinin şimal və cənub-şərqində işğal altındakı əraziləri azad etmək üçün genişmiqyaslı əməliyyata başlayıb.


Bu əməliyyatda onlarla İŞİD terrorçu zərərsizləşdirilib, çox sayda partlayıcı ilə yüklənmiş nəqliyyat vasitəsi və avadanlıq məhv edilib.


İraq terrorizmlə mübarizə təşkilatından terrorizmlə mübarizə qüvvələrinin Mosulda bir neçə istiqamətdən irəlilədiyi və indiyə qədər əl-Bəldiyat məhəlləsinin 70 faizinin işğaldan azad edildiyi bildirilib.


İraq birgə qüvvələri bu gün, həmçinin əl-Ənbar vilayətində 60-dan çox terrorçunu zərərsizləşdirib.




Mənbə: Al Alam Oxunub: 199 dəfə; Tarix: 2017-01-09 19:50:39
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında