Polşada sabiq prezidentin oğlu evində ölü tapılıb


Eastnews.org-un verdiyi xəbərə görə, Polşada sabiq prezident Lex Valensanın oğlu Qdansk şəhərindəki evində ölü tapılıb.

 

43 yaşlı Pşemıslav Valensanın meyitinin üzərində zorakılıq əlamətlərinin görünmədiyi bildirilir.

 

Hazırda hadisə yerində hüquq-mühafizə orqanları işləyir.

 

Polşanın sabiq prezidenti Lex Valensanın 4 oğlu və 4 qızı var. Evində ölü tapılan Pşemıslav Valensa dəfələrlə yol-nəqliyyat hadisələrinin iştirakçısı olub. 1995-ci ildə o, avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə 1 il və 9 ay, 2003-cü ildə isə 1 il müddətinə şərti olaraq azadlıqdan mərhum edilib.




Mənbə: APA Oxunub: 126 dəfə; Tarix: 2017-01-09 17:48:51
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında