İsrail qüvvələri 11 fələstinlini nəzarətə götürdü


Eastnews.org-un verdiyi xəbərə görə, İsrail qüvvələri bu gün səhər saatlarda İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə təşkil etdiyi basqınlarda 11 fələstinlini nəzarətə götürüb.


İsrail ordusu məsələ ilə bağlı yaydığı bəyanatda təhlükəsizlik qüvvələrinin axtarılan 11 fələstinlini nəzarətə götürdüyünü, onlardan altısının hücuma cəhd göstərməkdə günahlandırdığını bildirib.


Bəyanatda Cənində biri HƏMAS üzvü olmaqla üzvü üç nəfərin, Rəmallahın Bedres kəndində iki nəfərin, Qüdsə bağlı Kalendiya Qaçqın Düşərgəsində bir gəncin, əl-Xəlildəki əl-Arrub Qaçqın Düşərgəsində HƏMAS üzvü olan iki nəfərin və Beytlahimdəki Ayidə Qaçqın Düşərgəsində də üç adamın nəzarətə götürüldüyü qeyd edilib.


İsrail ordusu Beytlahimin cənubundakı Beyt Ficarda həyata keçirdiyi basqınlar zamanı silah və sursat ələ keçirdiyini açıqlayıb.


Bu arada, yəhudilərdən ibarət bir qrup dünən gecə Beytlahim-Nablus avtomobil yolunda fələstinlilərin nəqliyyat vasitələrinə hücum edib.


Yolun kənarlarına toplaşan yəhudilərin fələstinlilərin nəqliyyat vasitələrinə daş və boş şüşə atdığı, bəzi avtomobillərdə maddi ziyan meydana gəldiyi qeyd edilib.




Mənbə: FİM Oxunub: 177 dəfə; Tarix: 2017-01-09 17:45:39
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında